Kawai yaxşıdır yoxsa Yamaha ?
Piano dünyasında bir sual var ki, illərdir musiqiçilərin ağlını məşğul edir:
Kawai daha yaxşıdır, yoxsa Yamaha?
Hər iki brend dünya miqyasında tanınmış, etibarlı və uğurlu markalardır. Lakin bu yazıda daha dərindən baxacağıq: ifa rahatlığı, səs keyfiyyəti, uzunömürlülük və qiymət baxımından Kawai və Yamaha markalarını müqayisə edəcəyik. Məqsədimiz sizin üçün ən doğru seçimi tapmaqdır.
Klaviatura və İfa Hissiyatı: Kawai Üstünlüyü
Kawai-nin ən güclü tərəfi klaviatura texnologiyasıdır. Xüsusilə Responsive Hammer III (RH3) və Grand Feel II klaviatura sistemləri pianoya toxunma hissini akustik grand piano səviyyəsinə qaldırır. Kawai, taxta (wooden keys) klaviaturalara daha çox üstünlük verir – bu isə ifa zamanı daha təbii və real hiss yaradır.
Yamaha modelləri də (xüsusilə Clavinova seriyası) bu sahədə inkişaf edib. Amma bəzi pianoçular Yamaha klaviaturalarının toxunuşunu bir az “süni” hesab edir. Bu, təbii ki, fərdi hissiyatdan asılıdır, lakin Kawai daha real və dərin toxunuş təklif edir.
Səs Keyfiyyəti: Təbii Səslər və Rezonans
Kawai pianoları, səs baxımından da olduqca zəngindir. Səs nümunələri (samples) ən yüksək keyfiyyətli konsert royal modellərindən alınır, və Kawai-nin mühəndis komandası bu səsləri xüsusi reverb və rezonans qatları ilə zənginləşdirir. Son nəticə: təmiz, dərin və daha çox akustik pianoya bənzər bir ton.
Yamaha isə daha “parlaq” səslə tanınır. Bəzi istifadəçilər bu səsi sevsə də, daha emosional və film musiqisi tərzində ifalar üçün Kawai səsləri daha “canlı və təbii” qəbul edilir. Bu səbəblə bir çox peşəkar musiqiçi, piano ilə duyğu çatdırmaq istəyirsə, Kawai-ni seçir.
Texnologiya və İnteqrasiya
Texnoloji baxımdan Yamaha daha irəlidədir. Clavinova seriyası Bluetooth, mobil tətbiq dəstəyi, və interfeys rahatlığı baxımından güclüdür. Yamaha həmçinin daha çox tədris funksiyası ilə gəlir – bu da yeni başlayanlar üçün böyük üstünlükdür.
Kawai isə səs və klaviatura hissiyatına fokuslandığı üçün texnologiyada bəzən bir qədər sadə qala bilər. Amma bu sadəlik, akustikə yaxın təmiz performans axtaranlar üçün əslində üstünlükdür.
Yamaha Piano Satışı və Qiymət Aralığı
Azərbaycanda Yamaha piano satışı son illərdə genişlənib. Rəsmi nümayəndəliyin bağlanması ilə birlikdə bəzi müstəqil musiqi mağazaları Yamaha pianoları təklif edir. Yamaha modelləri daha geniş çeşiddədir və büdcəyə uyğun modellər də var:
-
Yamaha P-145: başlanğıc üçün ideal – təxminən 1300-1500 AZN
-
Yamaha YDP-145: ev istifadəsi üçün populyar – 2500-3000 AZN
-
Yamaha Clavinova CLP seriyası: 4000+ AZN
Əgər tədris üçün alət və ya mobil ifaçılıq üçün sadə və sabit bir seçim axtarırsınızsa, Yamaha yaxşı alternativdir. Lakin peşəkar səviyyədə ifa, səhnə performansı və daha emosional nəticə istəyirsinizsə, Kawai daha doğru seçim ola bilər.
Kawai Piano Qiymətləri və Əlçatanlıq
Kawai modelləri nisbətən az tapılsa da, keyfiyyət baxımından Yamaha ilə deyil, bəzən Steinway ilə müqayisə olunur. Qiymətlər isə aşağıdakı kimidir:
-
Kawai KDP120 – təxminən 1700-2200 AZN
-
Kawai CA seriyası – 4500+ AZN
-
Kawai ES120 – mobil və ev üçün çox ideal – 1600 AZN civarında
Əgər səsdə və toxunuşda dərinlik və təbilik sizin üçün əsasdırsa, Kawai seçmək üçün ciddi səbəbləriniz var.
Kateqoriya | Qalib |
---|---|
Klaviatura təcrübəsi | Kawai |
Səsin təbiliyi | Kawai |
Texnologiya və tətbiqlər | Yamaha |
Başlanğıc üçün münasiblik | Yamaha |
Peşəkar ifa üçün uyğunluq | Kawai |