Polifoniya nədir?

Polifoniya nədir? – Elektro pianolarda polifoniya sayının əhəmiyyəti

Elektro piano alarkən bir çox insan yalnız səsin gözəl olub-olmamasına diqqət edir. Amma piyanonun performansına və ifa keyfiyyətinə birbaşa təsir edən çox önəmli bir texniki göstərici var: Polifoniya. Bəs polifoniya nədir, polifoniya sayı neçə olmalıdır və niyə bu qədər vacibdir? Gəlin sadə və başa düşülən dillə izah edək.   

Polifoniya nədir?

Polifoniya – bir pianonun eyni anda çıxarda bildiyi maksimum səs sayıdır.

Əgər elektro pianonun üzərində “64 polifoniya” yazılıbsa, bu o deməkdir ki, o piano eyni vaxtda 64 fərqli səsi çaldıra bilir. Bu səslərə yalnız barmaqla basılan notlar daxil deyil – pedaldan gələn uzanmış səslər, üst-üstə düşən notlar, hətta bəzi pianolarda layer funksiyası ilə eyni anda iki səsin birləşməsi də daxildir.     Elektro piano kataloqumuz

Polifoniya sayı niyə önəmlidir?

Polifoniya sayı nə qədər yüksək olarsa, pianonun səsləri daha təmiz, dolğun və kəsilmədən ifa etməsi mümkün olur.

Aşağı polifoniyaya sahib pianolarda bir neçə not və pedal üst-üstə düşdükdə əvvəlki səslər yarımçıq kəsilir, bu da musiqinin robot kimi səslənməsinə səbəb olur.

Əgər sən sadəcə məşq üçün, bir neçə barmaqla çalmaq istəyirsənsə, 64 polifoniya kifayət edə bilər.
Amma əgər iki əllə ifa edirsənsə, pedaldan istifadə edirsənsə, klassik əsərlər və ya film musiqiləri ifa edirsənsə, minimum 128 və ya 192 polifoniya sayına sahib bir elektro piano seçməlisən. Bizim geniş piano kataloqunda 128 polifoniadan limitsiz polifoniayaya sahib pianolarımız mövcuddur buradan baxa bilərsiniz.

Polifoniya sayı yazılıb, amma səs kəsilir? Niyə?

Bəzi ucuz Çin markaları polifoniya sayını 128 və ya 256 göstərsə də, realda bu mümkün olmur. Çünki bu pianoların səs prosessorları zəifdir, yığımları qeyri-peşəkardır və notlar üst-üstə düşəndə səslər kəsilməyə başlayır.

Bu cür pianolar çox zaman yalnız Çin zavodlarında yığılır, hər hissəsi fərqli zavodda hazırlanır və yalnız Azərbaycanda satılır. Həqiqi musiqi təcrübəsi üçün etibarlı, tanınmış brendlərə üstünlük vermək vacibdir.  Piano kataloqumuza baxın

Hansı polifoniya sayını seçməliyəm?

Polifoniya sayı Kimlər üçün uyğundur?
32 – 64 Yeni başlayanlar, çox sadə ifalar üçün
128 – 192 Orta səviyyə ifaçılar, pedaqlı musiqilər üçün
256 və üzəri Professional ifaçılar, konser səviyyəsi üçün

Polifoniya sənin musiqi azadlığındır

Unutma, polifoniya sadəcə texniki bir göstərici deyil. Bu – musiqinin nəfəsi, duyğunun daşıyıcısıdır. Aşağı polifoniya səni ifadə etməyə qoymur, sənin hisslərin yarımçıq qalır. Piano seçərkən bu texniki detalı gözdən qaçırma.

Əgər sən daha real səs, daha ifadəli ifa və daha peşəkar nəticə istəyirsənsə – Kawai, Roland, Medeli kimi markaların polifoniya dəyəri yüksək olan modellərinə bax.

You might also like

Rəy yaz

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr * ilə qeyd olunur

Nəzərə alın ki, şərhlər dərc edilməzdən əvvəl baxışdan keçir