Piano modelləri və seçim bələdçisi

 

Piano modelləri və seçim imkanları

Elektron pianolardan akustik royallara qədər hər səviyyə ifaçı üçün ən uyğun piano burada. Azərbaycanda rəsmi distribütor, 1 il zəmanət, pulsuz məsləhət.

200+ Piano modeli
stokda
10+ Dünya brendi
rəsmi distribütor
1 il Rəsmi zəmanət
bütün modellərə
AZ Bütün Azərbaycana
pulsuz çatdırılma

Azərbaycanda rəsmi distribütor olaraq təqdim etdiyimiz dünya brendləri orijinal mal, rəsmi zəmanət

Ən çox seçilən piano modelləri

Tam kataloqumuzu görmək üçün piano satışı və qiymətləri səhifəmizə keçid edin.

Piano haqqında tam bələdçi tarixdən seçimə qədər hər şey

Piano klavişli simli musiqi alətidir. Hər basılan klaviş daxildəki keçə örtülü çəkici hərəkətə gətirir, o da müvafiq simə toxunaraq səs yaradır. Bu sadə, lakin dahi mexanizm 300 ildən artıqdır dünya musiqisinin əsasında dayanır. Klassik musiqi, caz, pop, rok, muğam demək olar ki, bütün janrların ifaçısı bir nöqtədə pianoya müraciət edir.

Royal Musiqi Alətləri olaraq biz Azərbaycanda Kawai, Roland, Casio, Medeli, Pearl River, Ritmuller, Kayserburg, Samick, PetrofKurzweil kimi dünya brendlərinin rəsmi distribütoruyuq. Mağazamızda bütün modellər canlı sınaq üçün hazır vəziyyətdədir.

Pianonun tarixi: 300 illik yolçuluq

Piano ilk dəfə 1700-cü ildə italyan musiqi aləti ustası Bartolomeo Cristofori tərəfindən ixtira edilib. O dövrün klavesenlərindən fərqli olaraq, bu yeni alət klavişin basılma gücünə görə fərqli səs şiddəti verə bilirdi həm yumşaq (piano), həm də güclü (forte). Beləliklə alətə "pianoforte" adı verildi, sonralar bu söz sadəcə "piano" kimi qısaldıldı.

XVIII əsrdə Volfqanq Amadey Motsart, Josef Haydn kimi bəstəkarlar pianoforte üçün yüzlərlə əsər yazdı. XIX əsrdə Betoven, Şopen, List, Şubert bu aləti insan ifadəsinin ən güclü vasitəsinə çevirdilər. Müasir standart 88 klaviş, üçtelli sistem, çuqun çərçivə XIX əsrin sonunda formalaşdı və bu gün də dəyişməyib.

Müasir piano növləri ətraflı izah

Akustik

Şaquli piano (Pianino / Upright piano)

Simləri şaquli olaraq yerləşdirilmiş, kompakt gövdəli akustik pianodur. Ev, musiqi məktəbi, kilsə istifadəsi üçün ən yaygın seçim. Yüksəkliyi 108 sm-dən 131 sm-ə qədər dəyişir.

  • Canlı, akustik tembr
  • İldə 2 dəfə köklənmə
  • Yer tutumu: 155×60 sm
  • Brendlər: Kawai, Pearl River, Ritmuller, Samick
Akustik

Royal piano (Grand piano)

Simləri üfüqi yerləşdirilmiş, böyük gövdəli akustik pianodur. Konser salonları, peşəkar studiyalar, musiqi məktəblərinin böyük zalları üçün. Escapement mexanizmi tam işlək.

  • Maksimum rezonans, zəngin tembr
  • Uzunluq: 150–274 sm
  • Tam 3 pedal sistemi
  • Brendlər: Kawai GL, Pearl River, Kayserburg
Elektron

Elektron piano (Digital piano)

Weighted klaviatura ilə akustik piano hissini simulyasiya edən, yüklənmiş səs nümunələri ilə çalan müasir alətdir. Köklənmə lazım deyil. Qulaqlıqla sakit məşq mümkündür.

  • Weighted / hammer action klaviatura
  • Qulaqlıqla sakit məşq
  • USB, MIDI, Bluetooth bağlantı
  • Brendlər: Kawai, Roland, Casio, Medeli
Elektron

Portativ piano (Stage piano)

Stəndsiz, yüngül çərçivəli elektron piano növü. Konser, tədris, ev hər yerdə istifadə üçün. Stend və pedal ayrıca alınır. Çantayla daşınan modellər mövcuddur.

  • Yüngül: 12–20 kq
  • Weighted klaviatura seçimləri var
  • Stend ilə tamamlanır
  • Brendlər: Roland FP, Kawai ES

Klaviatura növləri ən vacib texniki fərq

Piano seçərkən ən az diqqət edilən, amma ən vacib olan texniki xüsusiyyət klaviatura mexanizmidir. Bu üç əsas kateqoriya var:

🔴

Weighted klaviatura

Hər klavişin altında çəki var. Aşağı notlar ağır, yuxarı notlar yüngül hiss olunur. Ciddi piano öyrənmə üçün minimum standart.

Başlanğıc minimum
🟡

Hammer action

Weighted klaviaturaya əlavə olaraq içəridə mini çəkic mexanizmi var. Hiss daha realistik, akustik pianoya daha yaxın. Orta-professional seçim.

Orta səviyyə
🟢

Graded Hammer + Wooden key

Ağac klaviş + dərəcəli çəkic. Hər ayrı nota üçün fərqli ağırlıq. Akustik pianodan demək olar ki, fərqlənmir. Professional standart.

Professional

Ətraflı məlumat üçün piano klaviatura növləri izahı məqaləmizi oxuyun.

Elektron piano ilə akustik pianonun müqayisəsi

Bu ən çox soruşulan sualdır. Düzgün seçim tamamilə sənin məqsədinə, yaşam şəraitinə və büdcənə bağlıdır:

Xüsusiyyət Akustik piano Elektron piano
Səs keyfiyyəti Canlı, zəngin, tam tembr Yüksək modellər çox yaxındır
Klaviatura hissiyyatı Ən dəqiq weighted hiss Wooden key modellər çox yaxın
Köklənmə İldə 2 dəfə tələb edir Həmişə köklü qalır
Gecə məşqi Qonşu problemi yaranır Qulaqlıqla sakit məşq
Ölçü / çəki Böyük, ağır (200+ kq) Kompakt, portativ seçim var
Qulluq Mütəxəssis xidməti lazım Praktiki qulluq tələb etmir
Kompüter/tətbiq inteqrasiyası Yoxdur USB, MIDI, Bluetooth
Tembr çeşidi Yalnız piano səsi Onlarla ayrı tembr seçimi
Uzunömürlülük Düzgün qulluqla 50+ il Texnologiyaya görə dəyişir
Escapement mexanizmi Tam orijinal Yüksək modellər simulyasiya edir

Nəticə: ev şəraitinde, büdcə çərçivəsinde öyrənmek üçün elektron piano mükəmməl seçimdir. Klassik ifaçılar, musiqi məktəbi tələbələri və konser hazırlığı üçün akustik piano həmişə üstündür. Daha ətraflı müqayisə üçün elektron piano ilə akustik piano fərqi məqaləmizə bax.

Dünya brendlərinin Azərbaycanda rəsmi satışı

Royal Musiqi Alətləri olaraq biz bütün brendlər üzrə rəsmi distribütor statusuna sahibik. Bu o deməkdir ki, bizdən aldığınız hər piano orijinal malın rəsmi zəmanəti ilə gəlir paralel idxal, ikinci əl, zəmanətsiz satış yoxdur.

Kawai piano

Kawai piano Yaponiyada 1927-ci ildən bəri istehsal olunur. Kawai-nin əsas texnologiyası Millennium III Action mexanizmidir ənənəvi ağac hissələri yerinə plastik kompozit materiallardan istifadə edir. Bu, nəm və temperatür dəyişikliklərinə son dərəcə davamlılıq verir. Kawai-nin professional elektron piano seriyalarında (CA-seriyası) Grand Feel Wooden Key Action ağac klaviş sistemi istifadə olunur. Shigeru Kawai konser royalından götürülmüş OGSM (Open Grain Spruce Material) səs nümunələri isə mükəmməl tembr keyfiyyəti təmin edir.

Kawai piano modellərini Royal Musiqi Alətlərindən rəsmi zəmanətlə alın.

Roland piano

Roland piano modelləri xüsusilə portativ və səhnə pianoları sahəsinde liderdir. Roland-ın PHA-50 (Progressive Hammer Action) klaviatura texnologiyası ağır aşağı notdan yüngül yuxarı nota keçidi mükəmməl şəkildə əks etdirir. Roland-ın yüksək modellərindəki 3D Ambience texnologiyası isə otaq akustikasını simulyasiya edərək qulaqlıqla dinləmə zamanı belə geniş məkanda ifa hissini verir.

Roland piano modellərinə bax →

Casio piano

Casio piano modelləri münasib piano qiymətləri ilə yeni başlayanların ən populyar seçimidir. Privia seriyası başlanğıc ifaçılar üçün weighted klaviatura, Celviano seriyası isə orta-professional ev pianosti üçün nəzərdə tutulub. Uşaq üçün ilk piano axtarırsınızsa, Casio modelləri büdcə baxımından əlverişli başlanğıcdır.

Casio piano modellərinə bax →

Pearl River, Ritmuller, Kayserburg Çin mənşəli premium brendlər

Pearl River piano (Pearlriver) Çinin ən böyük akustik piano istehsalçısıdır. Ritmuller isə Pearl River-in yüksək keyfiyyətli alt brendi olub, Alman texnologiyası ilə istehsal olunur. Kayserburg isə eyni fabrikin ən premium seriyasıdır. Bu brendlər Avropa akustik pianolarına müqayisəli münasib qiymətlə yüksək keyfiyyət təklif edir.

Akustik piano modellərimizə bax →

Piano qiymətləri hansı büdcəyə hansı model uyğundur?

Piano qiymətləri modeldən, növdən, brenddən və funksiyalardan asılı olaraq geniş aralıqda dəyişir. Aktual qiymətlər üçün piano satışı səhifəmizə bax. Aşağıdakı cədvəl istiqamətləndirici məlumat verir:

Kateqoriya Model nümunələri Kimə uyğundur Əsas xüsusiyyət
Giriş elektron Casio CT seriyası, Medeli giriş 5-8 yaş uşaqlar, ilk sınaq Semi-weighted, 61 klaviş
Başlanğıc elektron Casio PX-S, Roland FP-30, Kawai ES120 Yeni başlayan tələbə, hobbi Weighted / hammer action, 88 klaviş
Orta elektron Kawai CX seriyası, Roland RP seriyası Orta səviyyə, ev istifadəsi Graded hammer, 128-256 polyphony
Professional elektron Kawai CA701/CA901, Roland LX-9/HP704 Professional ifaçı, musiqi məktəbi Wooden key, 256 polyphony, escapement
Akustik pianino Pearl River, Ritmuller, Kawai K seriyası Klassik musiqi tələbəsi, ifaçı Canlı tembr, 88 klaviş, 3 pedal
Akustik royal Kawai GL, Kayserburg, Pearl River GP Konser salonları, professional ifaçılar Horizontal sim, tam escapement
💡 Məsləhət: Piano qiymətini müqayisə edərkən yalnız rəqəmə yox, klaviatura keyfiyyətinə, zəmanət müddətinə və satışsonrası xidmətə diqqət edin. Zəmanətsiz, paralel idxalla gətirilmiş modeldən qənaət etmək uzunmüddətdə daha çox xərc yaradır.

Piano alarkən nələrə diqqət etməli? 7 vacib faktor

Bu mövzu üzrə tam bələdçimizi ayrıca hazırlamışıq. Piano alarkən nələrə diqqət etməli? məqaləmizi oxumağı tövsiyə edirik. Qısa xülasə:

  1. Klaviatura hissiyyatı weighted, hammer action, graded, wooden key sıralamasına uyğun seçin
  2. 88 klaviş ciddi öyrənmə üçün şərtdir, 61 klavişlə məhdudlaşmayın
  3. Polifoniya minimum 128 nota, professional üçün 256 nota
  4. Sustain pedalı olmadan piano yarımçıqdır
  5. Tembr keyfiyyəti hansı konser royalından nümunə götürüldüyünü soruşun
  6. Rəsmi zəmanət paralel idxal malından uzaq durun
  7. USB / Bluetooth MIDI müasir öyrənmə tətbiqləri üçün vacibdir

Piano öyrənmək başlamazdan əvvəl bilməli olduğunuz hər şey

Piano öyrənmək həm asandır, həm çətindir bu tamamilə başlanğıc nöqtəsinə bağlıdır. Çətinliyi hər hansı texniki bacarıqdan deyil, düzenli məşqdən gəlir. Gündəlik 20-30 dəqiqə məşq edən birisi 3 ayda sadə melodiyalar çala bilir; 1 illik ardıcıl məşqdən sonra isə çox sayda klassik parça ifa etmək mümkündür.

Neçə yaşdan piano öyrənmək olar?

Piano öyrənmək üçün ən uyğun başlama yaşı 5-7-dir. Bu yaşda barmaqlar kifayət qədər inkişaf etmişdir, konsantrasiya müddəti isə dərs formatına uyğundur. Lakin heç bir yaş üst hədd yoxdur: 40, 50, 60 yaşında piano öyrənən insanlar mövcuddur. Yetkinlər üçün daha böyük üstünlük: konsantrasiya gücü, notalara sürətli alışma qabiliyyəti.

Evdə piano öyrənmək mümkündürmü?

Bəli, mümkündür. Simply Piano, Flowkey, Skoove kimi tətbiqlər Bluetooth MIDI ilə elektron pianonuza qoşulur, real vaxt rejiminde çalmağı dinləyir, dərhal geri bildirim verir. Bu üsul ənənəvi müəllim dərsinə əla tamamlayıcıdır. Bununla belə, professioal müəllim dərslərini heç bir tətbiq tam əvəz edə bilmir xüsusilə əl vəziyyəti, oturma tərzi, nəfəs kimi incəliklər üçün.

Piano öyrənmə üçün hansı model uyğundur?

Yeni başlayanlar üçün minimum tələblər bunlardır: 88 klaviş, weighted klaviatura, sustain pedalı. Bu şərtlər ödənərsə, başlanğıc, orta, ya da professional modeldən asılı olmayaraq öyrənmə effektiv olur. Uşaqlar üçün uşaq üçün piano seçimi bələdçimizə, yeni başlayanlar üçün yeni başlayanlar üçün piano bələdçimizə müraciət edin.

⚠️ Diqqət: Sadə, yaylı (unweighted) klaviaturalı sintezatorlarda piano öyrənmək uzunmüddətdə zərərlidir. Barmaqlar düzgün gücü öyrənmir, akustik pianoya keçid zamanı ciddi çətinliklər yaranır. Hətta başlanğıc üçün weighted klaviatura şərtdir.

Tez verilən suallar Piano haqqında hər şey

Piano ilə pianino arasında fərq nədir?
Texniki baxımdan piano ümumi addır. Pianino isə şaquli simli, kompakt gövdəli akustik pianonun növüdür (ing: upright piano). Royal isə üfüqi simli, böyük gövdəli akustik pianodur (ing: grand piano). Azərbaycan xalq dilinde isə "pianino" sözü çox vaxt bütün piano növlərini bildirmek üçün işlədilir. Royal Musiqi mağazasında həm akustik pianino satışı, həm elektron piano satışı, həm də royal satışı mövcuddur.
Uşaq üçün neçə klavişli piano seçilməlidir?
5-7 yaş uşaqlar üçün 61 klavişli model başlanğıc üçün yetərlidir. Lakin 8 yaşdan yuxarı, ciddi piano dərsi götürən uşaqlar üçün 88 klavişli, weighted klaviaturalı model seçilməlidir bu, gələcəkdə akustik pianoya keçidi asanlaşdırır. Klassik repertuarın böyük hissəsi 88 klaviş tələb edir. Ətraflı məlumat: uşaq üçün piano seçimi bələdçisi.
Weighted klaviatura ilə adi klaviatura arasındakı fərq nədir?
Weighted klaviaturada hər klavişin altında kiçik çəki sistemi var bu, həqiqi akustik piano toxunuşunu imitasiya edir. Aşağı notlar daha ağır, yuxarı notlar daha yüngül hiss olunur. Adi (unweighted / yaylı) klaviaturada isə bütün klavişlər eyni, çox yüngül müqavimət verir. Ciddi piano öyrənmə üçün mütləq weighted və ya hammer action klaviatura olan model seçilməlidir. Yaylı klaviaturalı sintezatorlarda piano öyrənmək uzunmüddətdə barmaqların yanlış güc öyrənməsinə səbəb olur.
Elektron piano akustik pianonu tam əvəz edə bilərmi?
Yüksək keyfiyyətli elektron piano modelləri (məsələn, Kawai CA901, Roland LX-9) akustik pianonun hissini çox yaxından təqlid edir. Wooden key action, escapement simulyasiyası, 256 polyphony ilə təchiz olunmuş bu modellər musiqi məktəbi tələbəsi üçün tam yetərlidir. Lakin professional konser ifaçılığı, beynəlxalq müsabiqələrə hazırlıq kimi məqsədlər üçün akustik piano həmişə üstünlük daşıyır. Ev şəraitinde öyrənmə üçün isə elektron piano mükəmməl seçimdir.
Polifoniya nədir, niyə vacibdir?
Polifoniya pianoların eyni anda çala biləcəyi nota sayıdır. Sustain pedalı basılı vəziyyətdə çoxlu akkord çalındıqda notlar üst-üstə düşür. Az polyphoniyalı modeldə bu notların bir hissəsi kəsilir bu həm eşidilir, həm hiss olunur. Başlanğıc üçün minimum 64, ciddi öyrənmə üçün 128, professional istifadə üçün 256 notlu polifoniya tövsiyə olunur. Şopen, Ravelın əsərlərini ifa edərkən sustain pedalı aktiv vəziyyətdə yüzlərlə nota bir-birinə qarışır.
Akustik pianoyu neçə vaxtdan bir köklənmek lazımdır?
Akustik pianolar ildə minimum 2 dəfə köklənməlidir payızda qızdırma mövsümü başlamazdan əvvəl, yazda isə qızdırma bitmədən sonra. Temperatura və rütubət dəyişiklikləri simlərin gərginliyinə təsir edir. Yeni alınmış akustik piano isə ilk 2 ildə ildə 3-4 dəfə köklənməlidir simlər tam oturmalıdır. Royal Musiqi Alətlərindən alınan bütün akustik pianoların ilk köklənməsi pulsuz aparılır. Elektron pianoların isə heç bir köklənmə tələbi yoxdur.
Piano öyrənmək üçün neçə yaş ən uyğundur?
Ən optimal başlama yaşı 5-7-dir: bu yaşda barmaqlar kifayət qədər inkişaf etmiş, uşağın konsantrasiya müddəti isə dərs formatına uyğundur. Lakin heç bir yaş üst hədd yoxdur. 30, 50, hətta 70 yaşında piano öyrənən insanlar mövcuddur. Yetkinlər üçün artıq güclü konsantrasiya qabiliyyəti böyük üstünlükdür. Gündəlik 20-30 dəqiqə ardıcıl məşqilə hər yaşda əhəmiyyətli irəliləyiş əldə etmək mümkündür.
Piano alarkən paralel idxal malından niyə çəkinmek lazımdır?
Paralel idxal yolu ilə gəlmiş pianolar rəsmi distribütor vasitəsilə deyil, başqa ölkənin distribütoru ilə gəlir. Problemlər: rəsmi istehsalçı zəmanəti işləmir, servis xidməti olmaya bilər, bəzən güc gərginliyi standartı fərqli olur (220V/110V), firmware güncellemesi almaq çətinləşir. Qənaət etdiyiniz məbləğ ilk texniki problem zamanı sıfırlanır. Royal Musiqi Alətlərindən alınan hər piano rəsmi distribütor zəmanəti ilə gəlir.
Piano üçün hansı aksesuarlar lazımdır?
Minimum lazımi piano aksesuarları: sustain pedalı (modeldə yoxdursa), klaviatura örtüyü (toz qoruyucu), metronom (ya da tətbiq). Elektron piano üçün əlavə olaraq keyfiyyətli qulaqlıq (gecə məşqi üçün) tövsiyə olunur. Portativ model alanlar üçün stend və tabure də şərtdir. Akustik piano üçün: not stendi, nəmlik ölçən (hygrometer), piyano örtüyü. Bütün piano aksesuarlarını mağazamızdan tapa bilərsiniz.
Royal Musiqi-dən alan piano üçün çatdırılma varmı?
Bəli, bütün Azərbaycan üzrə çatdırılma xidməti göstəririk. Akustik piano modelləri professional komanda tərəfindən daşınır, quraşdırılır, yerinə yerləşdirilir və ilkin köklənmə aparılır. Elektron piano modelləri standart çatdırılma ilə göndərilir. Bakı daxili çatdırılma şərtləri üçün bizimlə əlaqə saxlayın.
Rəsmi distribütor
🔒 Orijinal zəmanət
🚚 Bütün Azərbaycana çatdırılma
🎹 Canlı sınaq imkanı
🛠️ Satışsonrası servis
📞 Peşəkar məsləhət
🏆 10+ dünya brendi
🎓 200+ model stokda
Sırala:
MEDELI PIANO DP 740 WH MAT--Royal | Musiqi Alətləri mağazası-Medeli

MEDELI PIANO DP 740 WH MAT

1,950.00 ₼ 1,700.00 ₼
MEDELI PIANO DP740 WH MAT Keys: 88-key triple sensor Display: LCD Polyphony: 256 Votes: 1200 + 13 Split: Yes Twinova: Yes Accompaniment Styles: 270 Registration Memory: 192 Songs: 90 Demos:...
1,950.00 ₼ 1,700.00 ₼
MEDELI PIANO DP 740 R MAT--Royal | Musiqi Alətləri mağazası-Medeli

MEDELI PIANO DP 740 R MAT

1,950.00 ₼ 1,700.00 ₼
MEDELI PIANO DP740 R MAT Keyboard: 88-key triple sensor Display: LCD Polyphony: 256 Votes: 1200 + 13 Split: Yes Twinova: Yes Accompaniment Styles: 270 Registration Memory: 192 Songs: 90 Demos:...
1,950.00 ₼ 1,700.00 ₼
Kawai KDP 75 Ağ Elektro piano--Royal | Musiqi Alətləri mağazası-Kawai

Kawai KDP 75 White Electric piano

2,400.00 ₼ 2,160.00 ₼
Kawai KDP 75 White Electric piano
2,400.00 ₼ 2,160.00 ₼
Daha ətraflı oxuyun
MEDELI PIANO DP 740 GB--Royal | Musiqi Alətləri mağazası-Medeli

MEDELI PIANO DP 740 GB

2,300.00 ₼ 2,000.00 ₼
MEDELI PIANO DP740 GB Keyboard: 88-key triple sensor Display: LCD Polyphony: 256 Votes: 1200 + 13 Split: Yes Twinova: Yes Accompaniment Styles: 270 Registration Memory: 192 Songs: 90 Demos: 3...
2,300.00 ₼ 2,000.00 ₼
Daha ətraflı oxuyun
ROLAND PIANO RP701 LA--Royal | Musiqi Alətləri mağazası-Roland

Roland RP701 LA

2,730.00 ₼ 2,150.00 ₼
ROLAND PIANO RP701 LA
2,730.00 ₼ 2,150.00 ₼
ROLAND PIANO F701 BK--Royal | Musiqi Alətləri mağazası-Roland

Roland F701 BK

2,455.00 ₼
ROLAND PIANO F701 BK | Piano for sale | Royal Musical Instruments Roland F701 BK – Modern Technology and Premium Quality Together The Roland F701 BK digital piano is an...
2,455.00 ₼
KAWAI CA501 R--Royal | Musiqi Alətləri mağazası-Kawai

KAWAI CA501 R

6,500.00 ₼ 5,850.00 ₼
KAWAI · CONCERT ARTIST SERIES Kawai CA501 100W, HI-XL sound engine, USB audio — Concert Artist performance The Kawai CA501 combines the highest specifications in the Concert Artist series with...
6,500.00 ₼ 5,850.00 ₼
Daha ətraflı oxuyun
Roland Piano LX705DR--Royal | Musiqi Alətləri mağazası-Roland

Roland LX705DR

7,100.00 ₼ 5,000.00 ₼
Roland Piano LX705DR | Piano Sale | Royal Musical Instruments Roland LX705DR Digital Piano – Experience Sound and Emotion Together The Roland LX705DR digital piano combines cutting-edge technology with acoustic...
7,100.00 ₼ 5,000.00 ₼
Roland LX-5

Roland LX-5

7,300.00 ₼ 5,380.00 ₼
The Roland LX-5 is a premium digital piano that combines the feel and sound of an acoustic piano with modern technology. Thanks to the Piano Reality Modeling system, each note...
7,300.00 ₼ 5,380.00 ₼
Roland HP702--Royal | Musiqi Alətləri mağazası-Rəng:Ağ-Roland

Roland HP702

4,500.00 ₼ 3,300.00 ₼
Roland HP702 | Piano for sale | Royal Musical Instruments Roland HP702 Digital Piano – A New Level in Digital Music The Roland HP702 digital piano combines musical quality and...
4,500.00 ₼ 3,300.00 ₼
Rəng seç
Roland HP704--Royal | Musiqi Alətləri mağazası-Roland

Roland HP704

5,840.00 ₼ 3,960.00 ₼
Roland HP704 - Royal Musical Instruments store HP 704 Digital Piano – Excellence in Digital Piano The HP 704 digital piano is a modern instrument that meets the high demands...
5,840.00 ₼ 3,960.00 ₼
Medeli DP 280 BK--Royal | Musiqi Alətləri mağazası-Medeli

Medeli DP 280 BK

1,450.00 ₼ 1,250.00 ₼
Medeli DP280 BK - Royal Musical Instruments The Medeli DP280K is designed for pianists with high keyboard demands. The keyboard of this model has a special coating that creates a...
1,450.00 ₼ 1,250.00 ₼
Kawai CN301--Royal | Musiqi Alətləri mağazası-Kawai

Kawai CN301

4,000.00 ₼ 3,600.00 ₼
KAWAI · CN SERIES Kawai CN301 High specifications, four-speaker sound system, USB audio capabilities The Kawai CN301, the most powerful model in the CN series, combines the Responsive Hammer III...
4,000.00 ₼ 3,600.00 ₼
Roland RP701 BK--Royal | Musiqi Alətləri mağazası-Roland

Roland RP701 UK

2,730.00 ₼ 2,150.00 ₼
Roland RP701 Black Digital Piano - Royal Musical Instruments store Equipped with Roland 's advanced technology, this model brings the feel of a real piano to both beginners and experienced...
2,730.00 ₼ 2,150.00 ₼
Pearl River GP-150 BLK--Royal | Musiqi Alətləri mağazası-Pearl River

Pearl River GP-150 BLK

16,800.00 ₼ 13,440.00 ₼
Pearl River GP-150 BLK - Royal Musical Instruments The Pearl River GP-150 BLK grand piano is a sophisticated musical instrument that is both visually appealing and delivers high-quality sound. Perfect...
16,800.00 ₼ 13,440.00 ₼