Piano klaviatura növləri - Roland - Kawai

Piano klaviatura növləri weighted, hammer action, graded fərqi nədir?

📅 Royal Musiqi Alətləri  |  🔧 Texniki Bələdçi  |  ⏱ 8 dəqiqəlik oxu
Elektron piano axtararkən ən çox çaşdırıcı olan terminlər: weighted, semi-weighted, hammer action, graded hammer action, ivory feel... Bunların nə fərqi var? Hansı daha yaxşıdır? Bu məqalədə hər bir klaviatura növünü sadə dillə izah edirik.

Niyə klaviatura hissiyyatı bu qədər vacibdir?

Elektron pianoyu akustik pianodan ayıran şey yalnız səs istehsal üsuludur amma əlinizin altındakı hissi müəyyən edən klaviatura mexanizmidir. Bu hiss barmaq texnikanızı, dinamik ifaçılığınızı (pianissimo ilə fortissimo arasındakı keçidləri) və gələcəkdə real akustik pianoya adaptasiyanızı birbaşa formalaşdırır.

Yanlış klaviatura ilə 1-2 il məşq edən bir ifaçı real pianoya keçdikdə texnikasını yenidən qurmaq məcburiyyətindədir. Bu çox böyük bir vaxt itkisidir. Buna görə ilk gündən doğru klaviatura növünü seçmək şərtdir.

5 əsas klaviatura növü

Ən Zəif

1. Yaylı klaviatura (Unweighted / Spring-loaded)

Klavişlər yay mexanizmi ilə geri qayıdır. Bütün klavişlər eyni müqavimətdədir. Piano ilə heç bir əlaqəsi yoxdur. Yalnız sintezator, MIDI klaviatura kimi alətlərdə istifadə olunur. Ciddi piano öyrənmək üçün kəsinlikla uyğun deyil.

Orta

2. Semi-weighted klaviatura

Yay mexanizminə kiçik çəki əlavə edilmişdir. Hiss yaylı klaviaturadan bir az daha ağırdır, lakin hələ akustik piano hissindən çox uzaqdır. Başlanğıc üçün minimal qəbul edilə bilər, amma ciddi öyrənmə üçün tövsiyə olunmur.

Yaxşı

3. Weighted klaviatura (Fully weighted)

Hər klavişin altında fiziki çəki var. Basış hissi akustik pianoya yaxındır. Bütün klavişlər eyni ağırlıqdadır (graded deyil). Başlanğıc üçün minimum standart bunu keçmirsinizsə, piano almamışsınız.

Ən Yaxşı

4. Hammer Action klaviatura

İçəridə kiçik çəkic mexanizmi var. Basış anında çəkicin fırlanma hissi barmaqlarınıza ötürülür tıpkı real akustik pianoda olduğu kimi. Bu, elektron pianolarda mümkün olan ən real hissdir. Orta və yüksək qiymət seqmentinin standartıdır.

Zirvə

5. Graded Hammer Action klaviatura

Hammer action klaviaturanın inkişaf etmiş versiyasıdır. Aşağı notlar (bas) daha ağır, yuxarı notlar (tiz) daha yüngül basılır tıpkı akustik grand piano kimi. Bu, elektron klaviaturada mümkün olan ən yüksək akustik piano simulyasiyasıdır.

Premium

6. Wooden Key Action klaviatura

Klaviş özü ağac materialından hazırlanmışdır. Basış hissi, rezonans, barmaq altında material hissi demək olar ki, akustik piano ilə eynidir. Kawai CA seriyası Roland LX seriyası bu texnologiyaya sahibdir. Premium qiymət seqmenti.

Müqayisəli cədvəl

Klaviatura növü Hissiyyat Kimə uyğundur Qiymət seqmenti
Yaylı (unweighted) Çox yüngül Sintezator, MIDI Ucuz
Semi-weighted Yüngül Hobbi, sintezator Orta-aşağı
Weighted Orta Başlanğıc piano Giriş
Hammer action Real Ciddi öyrənmə Orta
Graded hammer action Çox real Orta-yüksək səviyyə Orta-yüksək
Wooden key action Ən real Professional Yüksək

Brendlərə görə klaviatura texnologiyaları

Kawai klaviatura texnologiyaları

Kawai klaviatura texnologiyasının liderdir. Ən önəmli yeniliyi: plastik kompozit materialdan hazırlanmış Millennium III Action mexanizmidir. Ağac hissələrinin yerinə istifadə olunan bu material nəm və temperatur dəyişikliklərinə dayanıqlıdır. Kawai nin texnologiya sırası:

  • Responsive Hammer Compact (RHC): ES seriyası portativ modellər
  • Responsive Hammer III (RHIII): CA seriyası başlanğıcı
  • Grand Feel Compact (GFC): CA seriyası yuxarıları
  • Grand Feel Pedal System + Wooden Keys: CA 901 ən yüksək

Roland klaviatura texnologiyaları

Roland PHA (Progressive Hammer Action) sistemi inkişaf sırası:

  • PHA-4 Standard: FP seriyası başlanğıc modellər
  • PHA-4 Premium: FP-90X portativ modelin zirvəsi
  • PHA-50 (Wooden/Ivory feel): HP seriyası ev pianoları

Barmaq hissi: Ivory Feel nədir?

Keçmişdə akustik pianoların klavişlərinin üst örtüyü fil dişindən (ivory) hazırlanırdı. Fil dişinin xüsusiyyəti rütubəti az-az çəkir, bu da tərli barmaqların sürüşməsinin qarşısını alır. Müasir texnologiyada bu hissi vemrk üçün brend şirkətlər klavişlərə xüsusi toxumalı, gözenek yapılı süni material örtük əlavə edir.

  • Kawai: Ivory Touch key surface
  • Roland: Ivory Feel texturing

Bu xüsusiyyət uzun məşqlər zamanı barmaq yorğunluğunu azaldır, xüsusilə görünür. Ciddi ifaçılar üçün bu bir artı xüsusiyyətdir.

Hansı klaviaturanı seçməlisiniz? Sadə qərar rehberi

  • İlk pianomu alıram, yeni başlayıram: Minimum weighted, ideally hammer action
  • Uşağım üçün alıram (7+ yaş): Weighted, mümkünsə hammer action
  • Musiqi məktəbindəyəm, ciddi öyrənirəm: Graded hammer action şərtdir
  • Professional ifaçıyam, ev pianom olsun: Wooden key action olan model (Kawai CA / Roland HP LX)
  • Səhnə, portativ, studiya: Hammer action yetərli (Roland FP-90X, Kawai ES920)
💡 Praktik test: Mağazaya gəldikdə bir neçə klavişə basın. Orta C klavişini həm çox yavaş (pianissimo), həm çox sürətli (fortissimo) basın. Hiss fərqli olmalıdır bu, velocity sensitivity-dir. Sonra aşağı sol nota (ən ağır), yuxarı sol nota (ən yüngül) basın. Müqavimət fərqi hiss edilməlidir bu, graded olduğunu göstərir.

Nəticə

Piano klaviaturası seçimini texniki terminlər sizi çaşdırmasın. Sadə xülasə: yaylı klaviatura piano deyil; weighted klaviatura başlanğıc minimum; hammer action ciddi öyrənmə üçün standart; graded hammer action isə real akustik piano hissine ən yaxın rəqəmsal alternativdir. Büdcənizin imkan verdiyi ən yaxşı klaviaturalı modeli seçin bu investisiyanın geri qayıdışı klaviaturanın keyfiyyəti ilə birbaşa mütənasibdir.

Mağazamızda hər növ klaviaturanı canlı sınaya bilərsiniz

Piano modellərinə bax →

You might also like

Rəy yaz

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr * ilə qeyd olunur

Nəzərə alın ki, şərhlər dərc edilməzdən əvvəl baxışdan keçir